Salah bu kluba keçir -

"Liverpul"un futbolçusu Məhəmməd Salah Fransanın PSJ komandasına transfer olmağa yaxındır.

Metbuat.az xəbər verir ki, bu barədə Fransa mənbələri məlumat yayıb. Bildirilir ki, Salah “Liverpul”un səfərdə "Brayton"a 0:3 hesabı ilə uduzduğu oyundan sonra PSJ-nin sahibi sahibi Nasser Əl-Xəlaifi ilə görüşüb. Tərəflər mümkün transferi müzakirə ediblər. İddialara görə, danışıqlar uğurlu alınıb. 31 yaşlı hücumçu ilə PSJ-nin ilkin şərtlərdə razılığa gəldiyi irəli sürülür.

Qeyd edək ki, PSJ-nin Neymarı satacağı, onun əvəzinə hücumçu axtarışında olduğu barədə məlumatlar dərc edilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR