Göyçayda hamilə qadın qəfil

Göyçay rayonunda hamilə qadın yaşadığı evdə qəflətən dünyasını dəyişib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çərəkə kəndində qeydə alınıb.

Kənd sakini, 26 yaşlı Kərimova Fidan Müzəffər qızı evin hamam otağında olarkən qəflətən halı pisləşib və yerə yıxılıb. Ailə üzvləri hadisədən xəbər tutduqda onun öldüyünü görüblər.

Qeyd edək ki, 8 aylıq hamilə olan Fidan Kərimova ilk övladını dünyaya gətirməyə hazırlaşırmış. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomoya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb. Həkimlər müayinə zamanı dölün də tələf olduğunu aşkar ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR