Azərbaycanda sabiq nazir

Namiq Nəsrullayev 78 yaşında dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra vəfat edib.

Qeyd edək ki, Namiq Nəsrullayev 1945-ci ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini təyin edilib. 1996-cı ildə Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilib və 2001-ci ilin aprel ayına qədər bu vəzifədə çalışıb.

N. Nəsrullayev 2001-ci ildə Hesablama Palatasının ilk sədri təyin edilib və 2007-ci ilə qədər bu vəzifəni icra edib.

Xatırladaq ki, o, Azərbaycanın tanınmış dövlət xadimi Nəsrulla Nəsrullayevin oğludur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR