Pakistandan Hindistana dialoq təklifi

Pakistanın Baş naziri Şahbaz Şərif hindistanlı həmkarı Narendra Modini Cammu və Kəşmir də daxil olmaqla bütün məsələlərin həlli üçün iki ölkə arasında ciddi və səmimi danışıqlar aparmağa çağırıb.

Metbuat.az xəbər verir ki, o bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri Hindistan və Pakistan arasında vasitəçi olmaqla mühüm rol oynaya bilər. Baş nazirin sözlərinə görə, Cammu və Kəşmirdə insan hüquqlarının pozulması ilə bağlı çox sayda şikayət var və Hindistan danışıqlara hazır olduğunu nümayiş etdirmək üçün bu davranışları dayandırmalıdır.

“Yoxsulluğu azaltmaq, firavanlığa nail olmaq, xalqa təhsil, səhiyyə müəssisələri və iş imkanları təqdim etmək istəyirik. Resurslarımızı bomba və sursata sərf etmək istəmirik. Bu, mənim baş nazir Modiyə mesajımdır” - Şahbaz Şərif deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR