Ötən il doğulan körpələrə ən çox bu adlar verilib

Azərbaycanda ötən il doğulan körpələrə verilən adlar arasında Uğur (2032) ilk yerdə qərarlaşıb.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi xəbər yayıb.

Ötən il ölkədə dünyaya gələn uşaqlara verilən adlar arasında ilk onluqda Uğur, Əli (1865), Zəhra (1820), Hüseyn (1752), Yusif (1656), Aylin (1504), Məryəm (1484), Zeynəb (1476), Fatimə (1263), Mələk (1221) adları yer alıb.

Ümumiyyətlə, ötən il oğlan körpələrə daha çox Uğur, Əli, Hüseyn, Yusif, Məhəmməd, Ömər, Raul, Murad, Adəm, Tunar, Ayxan, Fateh, Rəsul, Ümid, İbrahim, Davud, Onur, Tuncay, Mehdi və s. adlar verilib.

Qız uşaqlarına verilən adlar arasında isə Zəhra, Aylin, Məryəm, Zeynəb, Fatimə, Nilay, Mələk, Ayla, İnci, Nuray, Dəniz, Mədinə, Melisa, Leyla, Miray, Əsma, Yağmur, Banu, Xədicə və Ayan kimi adlara üstünlük verilib.

Qeyd edək ki, son beş ildə körpələrə daha çox Zəhra (7891), Yusif (7686), Əli (7665), Uğur (7380), Hüseyn (7038), Zeynəb (6055), Məryəm (5819), Aylin (5688), Fatimə (5200), Mələk (5150) adları verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR