Azərbaycanda bu nazir işdən çıxarıldı -

Naxçıvan Muxtar Respublikasının yeni fövqəladə hallar naziri təyin edilib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, general-leytenant Şamı Abdullayev vəzifəsindən azad olunub. Onun yerinə artıq təyinat olub.

Polkovnik Şahin Mirzəyev Naxçıvan MR fövqəladə hallar naziri təyin edilib.

Naxçıvan fövqəladə hallar nazirinin dəyişməsi ilə əlaqədar fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu gün Naxçıvana səfər edib.

Nazir kadr dəyişikliyi ilə əlaqədar toplantı keçirib, yeni naziri təqdim edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR