Ukrayna özünə məxsus olanı geri alacaq” -

“Rusiya ordusu Ukraynada təşəbbüsü ələ keçirmək üçün yeni həmlələr hazırlayıb”.

Metbuat.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski belə açıqlama verib. O bildirib ki, müdafiə qüvvələri düşmənin potensialını azaltmaq üçün hər gün mübarizə aparır. Tərəfdaş ölkələri Ukraynaya silah yardımını sürətləndirməyə çağıran Zelenski, Böyük Britaniyanın yeni silah dəstəyini məmuniyyətlə qarşılayıb. Onun sözlərinə görə, Ukraynaya hazırda tanklar, digər zirehli texnikalar və artilleriya lazımdır.

“Mən əminəm ki, Ukrayna bayrağı Donetsk hava limanında, Donetskə və Donbasımızın digər şəhər və kəndlərinə və müvəqqəti olaraq işğal olunmuş digər ərazilərə dalğalanacaq. Ukrayna özünə məxsus olanı geri alacaq” - Zelenski deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR