Ermənistanda konstitusiya dəyişikliyi nə vəd edir? -

"Hazırda Ermənistan Respublikasının Konstitusiyasına uyğun olaraq Azərbaycanla sülh müqaviləsinin bağlanması və ölkəmizin ərazi bütövlüyünün tanınması "hüquqi" cəhətdən mümkün deyil. Yalnız baza sənədi imzalana bilər".

Metbuat.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, bu da ölkəmiz üçün Ermənistan kimi anti-Azərbaycan siyasətə malik bir ölkə ilə qeyri-mümkündür.

"Ermənistanın qüvvədə olan konstitusiyasına görə Azərbaycana və Türkiyəyə ərazi iddialari, xüsusilə Qarabağın bu ölkəyə birləşdirilməsi qeyd edilib. Belə olan təqdirdə sülhün əldə edilməsi hüquqi cəhətdən mümkün deyil. Ermənistan Baş naziri Nikol Paşinyan deyir ki, onlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Amma, Ermənistan Konstitusiyasında bu belə deyil. Ermənistan tərəfi referendumda Azərbaycana qarşı ərazi iddiaları özündə ehtiva edən bəndləri çıxaracağı təqdirdə sülh müqaviləsində səmimi olacağına inanmaq olar".

Politoloq əlavə etdi ki, Ermənistan parlament respublikasını ləğv edib, prezident üsul-idarəsinə keçəcək. Bundan sonra, növbədənkənar prezident seçkilərinə gedib prezident seçilərək mövqeyini möhkəmləndirilməsi istiqamətində islahatlar aparacaq.

"Ermənistan Konstitusiyasında dəyişliklərlə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları çıxarılarsa, növbəti mərhələdə sülh müqaviləsinin bağlanmasına razılaşa bilər. Ermənistanın konstitusiyada və hərbi doktirinada dəyişikliklərlə Rusiyanın bu ölkədə mövqeyinin güclənməsinin qarşısı alınacaq. N. Paşinyanın ölkəsi daxilində islahatlar keçirməsi heç də Azərbaycana qarşı loyal münasibət ortaya qoymur. Ermənistan yeni təxribatlara əl ata bilər. Hazırkı hərbi hədəfi Cermux şəhərinin ətrafından Azərbaycan qoşunlarını geri atmaqdır. Buna edərsə Ermənistan ərazi itkilərinə məruz qalacaq. Çünki, Cermux rayonun ətrafında yüksəkliklər Azərbaycan ərazisidir və şərti sərhədlər bu istiqamətdən başlayır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR