Nazirliyin işçisi qəzadan 4 gün sonra VƏFAT ETDİ -

Xəbər verdiyimiz kimi, 4 gün əvvəl Fövqəladə Hallar Nazirliyinin (FHN) sürücüsü qəzaya düşüb.

Metbuat.az xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Oğuz rayonu DYMH-də sürücü kimi çalışan Aslan Umarov dünən müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, hadisə yanvarın 14-də axşam saatlarında Oğuz-Xaçmaz avtomobil yolunun Sincam kəndi ərazisindən keçən hissəsində baş verib. Rayon sakini Aslan Umarovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı sürücü A. Umarovdan əlavə bir nəfər sərnişin də xəsarət alıb. Sərnişinin vəziyyəti yüngül olduğundan müayinə edildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir 1 nəfər, avtomobil və açıq hava şəkili ola bilər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR