"Milyonların şousu"nda 8 min qazanan Azərbaycanlı müəllimdən

Bakının 219 saylı tam orta məktəbinin tarix müəllimi Sevinc Novruzova İctimai TV-də yayımlanan "Milyonların şousu" intellektual verilişinə qatılaraq 8 min manat qazanıb.

Metbuat.az xəbər verir ki, 12-ci suala qədər gəlib çıxan müəllim ona da düzgün cavab verməklə sözügedən məbləği əldə edib.

O, qazandığı pulu iki övladının və maddi imkanı zəif olan bir ailənin qızının təhsilinə xərcləyəcəyini bildirib.

Qeyd edək ki, o, "Hansı ixtiraçını "Menloparklı sehrbaz" adlandırırlar?" sualına düzgün cavab verərək 8 min manatın qalibi olub. 16 minlik sualın cavabını bilmədiyi üçün oyunu dayandıran Novruzova oyunu dayandırıb və qazandığı məbləğlə verilişdən gedib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR