Güclü zəlzələ zamanı məsciddə ibadət edən mollanın davranışı diqqət çəkdi -

İndoneziyada baş verən zəlzələ məsciddəki kameranın qeydinə düşüb.

Metbuat.az xəbər verir ki, zəlzələ zamanı ibadət edən möminlərdən bir neçəsi təhlükəsiz əraziyə qaçsa da, bəziləri dayanaraq ibadətinə davam edib. Molla da, zəlzələ zamanı soyuqqanlı davranıb.

Qeyd edək ki, İndoneziyada rixter cədvəli üzrə 6 və 7 bal olmaqla iki zəlzələ baş verib. Sunami xəbərdarlığı elan edilib. 6 bal gücündəki zəlzələnin episentri Qorontalo şəhərindən 61 kilometr cənub-şərqdə, 7 bal gücündəki zəlzələnin episentri isə Halmahera adasından 154 kilometr şimal-qərbdə yerləşib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR