32 yaşlı Balotelli Türkiyə nəhənginə təklif göndərdi -

Mario Balotelli yenidən Türkiyədə forma geyinə bilər.

Metbuat.az “Fanatik”ə istinadən xəbər verir ki, futbolçunun meneceri Balotellini “Beşiktaşa” təklif edib. Bildirilir ki, hazırda “Sion”da forma geyinən Balotelli, klubdan ayrılmaq istəyir. Bildirilir ki, 32 yaşlı futbolçunun meneceri “Beşiktaş” rəhbərliyi ilə əlaqə qurub və detalları müzakirə edib. Hücumçu axtarışında olan “Beşiktaş” rəhbərliyinin təklifi hələlik rədd etmədiyi deyilir. Balotelli iddialı klubda oynayaraq karyerasını uğurla yekunlaşdırmaq niyyətindədir.

Qeyd edək ki, “Beşiktaş” bundan əvvəl Mario Balotellini transfer etməyə çalışsa da, həmin vaxt klubdakı bəzi nümayəndələr buna qarşı çıxmışdı. Balotelli bundan əvvəl “Adana Dəmirspor”da forma geyinib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR