Ermənistanda hərbi hissədəki yanğında yaralıların sayı artdı -

Ermənistanın Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında baş verən yanğın nəticəsində yaralıların sayı 7-yə çatıb.

Metbuat.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb. Bildirilib ki, yaralıların 6-sı əsgər, biri isə zabitdir. Yaralılar hospitala yerləşdirilib.

Qeyd edək ki, yanğın nəticəsində 15 əsgər ölüb. Yanğının söndürülməsi 5 saat çəkib.

Ermənistan İstintaq Komitəsinin rəhbəri Arqişti Kərəmyan qeyd edib ki, hadisə baş verən ərazidə müstəntiqlər araşdırma aparır və ilkin məlumatlara əsasən, hərbçilər istilik sobasını benzinlə yandırmağa cəhd ediblər, yanğın da bu səbəbdən baş verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR