ABŞ Ukraynaya yeni hərbi yardımı açıqladı

ABŞ administrasiyası Ukraynaya 2,5 milyard dollarlıq əlavə hərbi yardım ediləcəyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Antoni Blinken açıqlama verib. O bildirib ki, yeni yardım paketi ilə rəhbərlik 30-cu dəfə ABŞ ordusunun inventarından Ukraynaya silah və texnika tədarük edib.

“Bu yardım paketi ilə Ukrayna yüzlərlə zirehli texnika, o cümlədən “Stryker” zirehli heyət daşıyıcıları, “Bradley” piyada döyüş maşınları, mina pusqularından müdafiə olunmaq üçün maşınlarla və yüksək hərəkət qabiliyyətinə malik çoxməqsədli təkərli maşınlarla təmin olunacaq”, - deyə Blinken bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR