Ukrayna Krıma hücum etsə dəstək verəcəyik -

“Ukraynanın Krımda əməliyyat keçirəcəyi təqdirdə ABŞ Ukrayna ordusuna silah dəstəyi verməyə davam edəcək”.

Metbuat.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinq belə açıqlama verib. O bildirib ki, ukraynalıların hansı alətlərdən və ya silahlardan istifadə etmələrindən asılı olmayaraq ABŞ onların öz torpaqlarını geri almasına dəstək verəcək. Ukrayna ordusuna Krımı ələ keçirmək üçün taktika və məsləhət verib-vermədikləri ilə bağlı sualı cavablandıran Sinq bildirib ki, onlar Ukrayna ordusuna əməliyyatlarının necə aparılması ilə bağlı heç bir təzyiq göstərməyiblər.

“Krımı azad etmək Ukraynanın öz qərarı olacaq. Onlar döyüşdükcə, Krıma qarşı əməliyyat da daxil olmaqla, biz Ukraynanın yanında olacağıq. Krım Ukraynanın suveren hissəsidir və onu azad etmək hüquqları var” - Sinq deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR