"Qızıl Xaç"ın 6 maşını Xankəndidən Ermənistana getdi

Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 6 avtomobil bu gün səhər Laçın yolundakı aksiya ərazisindən keçib.

Metbuat.az xəbər verir ki, BQXK-yə məxsus 5 minik və 1 yük avtomobilinin Laçın yolundan maneəsiz keçməsi üçün şərait yaradılıb. Onlar Xankəndidən Laçın istiqamətində gedib.

Bu, bir daha aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkətinin sərbəst olduğunu göstərib. Azərbaycanlı ekofəalların Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 41 gündür davam edir. Aksiya dekabr ayının 12-dən başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR