Rəfiqəsi "Toppuş bacı"nın vəsiyyətini

Xəbər verdiyimiz kimi, xərçəngdən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva vəfat edib.

Metbuat.az xəbər verir ki, Tünzalə Əliyevanın rəfiqəsi, aktrisa Ülviyyə Əliyeva teleqraf.com-a bu sözləri deyib:

"Hazırda Milli Onkologiya Mərkəzindəyik. Tünzalənin cənazəsi xəstəxanada morqdadır. Ailəsi də buradadır. Atasının Gəncədən gəlməsini gözləyirlər. Buradan Heydər məscidinə aparacaqlar. Sabah öz vəsiyyətinə əsasən Bakıda dəfn olunacaq. Yəqin ki, vida mərasimi olacaq".

Qeyd edək ki, Tünzalə Əliyevanın 49 yaşı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR