Sürücülərin cərimə edilməsi bu halda qanunsuz olacaq -

"Bakıda avtobus zolaqları "bir vedrə kraska" üsulu ilə çəkilir".

Metbuat.az xəbər verir ki, bu sözləri nəqliyyat eksperti Ərşad Hüseynov öz feysbuk hesabında yazıb. O bildiib ki, zolağın enini rəngsaz öz kefinə uyğun çəkir. Heç nişanlanma da olmur:

"Belə yerlərdə tətbiq olunan cərimələr əsassızdır və ləğv edilməlidir. Onu da deyim ki, "avtobus zolağına" digər nəqliyyat vasitələrinin keçməsi qəti qadağan deyil. Zərurət yarandıqda avtobusa mane olmamaqla yolun sağında maşını saxlayıb sonra yoluna davam edə bilərsən. Bu halda cərimə qanunsuz olacaq", - deyə ekspert qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR