ABŞ-da bir vətəndaş 10 nəfəri öldürüb, 10 nəfəri yaralayıb

ABŞ-ın Los-Anceles yaxınlığındakı Monterey Park şəhərində müəssisələrdən birində baş verən atışma nəticəsində 10 nəfər həlak olub. Daha sonra cinayətdə şübhəli bilinən şəxs intihar edib.

Metbuat.az xəbər verir ki, polisin məlumatına görə, kütləvi qətldə şübhəli bilinən şəxs qonşu Əlhambra şəhərində polisin qarşısını kəsdiyi ağ pikapda özünü öldürüb. Polis kütləvi qətldə intihar edən şübhəlinin yerli asiyalı 72 yaşlı Hu Tsang Tran olduğunu müəyyən edib.

İlkin məlumata görə, hadisə zamanı 10 nəfər ölüb 10 nəfər isə yaralanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR