Azərbaycan ötən il nə qədər borc alıb? -

2022-ci ildə Azərbaycanın dövlət büdcəsi xərclərinin 17 739,9 milyon manatı və yaxud 55,3%-i cari xərclər, 12 533 milyon manatı və yaxud 39,1%-i əsaslı xərclər, 1 790,4 milyon manatı və yaxud 5,6%-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olub.

Metbuat.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunlar, 2021-ci illə müqayisədə müvafiq olaraq 6,9% çox, 45,1% çox və 18,6% azdır.

2022-ci ildə Azərbaycanda daxili və xarici borclanma 976,3 milyon manat təşkil edib. Məlumata görə, bu, 2021-ci illə müqayisədə 75,1 % çoxdur.

Borclanma dövlət büdcəsinin kəsirinin bir hissəsini aradan qaldırmaq məqsədi daşıyıb. Ümumi məbləği 1 402,8 milyon manat olmuş kəsir həm də imzalanmış layihələr üzrə xaricdən cəlb edilən kreditlər (259,7 milyon manat), dövlət əmlakının özəlləşdirməsindən (115,4 milyon manat) daxil olan vəsait, dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı (51,4 milyon manat) hesabına maliyyələşdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR