İsveçdə yandırılan Qurana görə müsəlman ölkələrindən sərt

Yanvarın 21-də İsveç dövlət qurumları Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında etiraz aksiyası keçirilməsinə icazə verib. Aksiya zamanı Quran kitabı yandırılıb.

Metbuat.az xəbər verir ki, baş verən hadisə ilə bağlı müsəlman ölkələri sərt reaskiya göstəriblər.

Belə ki, İran, İraq, Səudiyyə Ərəbistanı, Qətər, Misir, fələstin, Livan,Mərakeş, Yəmən, Küveyt, Pakistan, Azərbaycan kimi ölkələr, bir sıra təşkilatlar reaskiya göstərərək Quranın yandırılmasını qınayıblar.

Pakistan Xarici İşlər Nazirliyi İsveçdə Qurani-Kərimin yandırılmasını pisləyib və bunu "iyrənc bir hərəkət" kimi qiymətləndirib.

Azərbaycan XİN "Açıq nifrət cinayəti kimi islamofob hərəkətlər söz azadlığının ifadəsi deyil. Biz İsveç hökumətini bu nifrət cinayətini törədənləri tezliklə ədalət mühakiməsi qarşısına çıxarmağa çağırırıq”, deyə tviterdə paylaşım edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kenani bəzi Avropa ölkələrinin ifratçıların sözdə ifadə azadlığını dəstəkləmək bəhanəsi ilə İslami dəyərləri təhqir etmələrinə icazə verdiyini ifadə edərək, bu ölkələrin islamofobiyanı öz cəmiyyətlərində institutlaşdırdıqlarını bildirib.

Qətər Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "Bu mənfur hadisə bütün dünyada 2 milyarddan çox müsəlmanın hisslərinə qarşı təhlükəli təxribat və təxribatdır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR