Şagirdlərin qış tətilinin vaxtı

Məktəblilərin qış tətili günləri açıqlanıb.

Elm və Təhsil Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, ümumi təhsil müəssisələrində 5 gün (27-31 yanvar) qış tətili olacaq.

Qış tətilindən sonra ümumi təhsil müəssisələrində ilk iş günü fevralın 1-dir.

Qeyd olunub ki, bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR