Tünzalə Əliyevanın əri evdə qadağa qoyub -

Əməkdar artist Tünzalə Əliyevanın bacısı Təranə Əliyeva onun həyat yoldaşı Röyaldan danışıb.

Metbuat.az axsam.az-a istinadən xəbər verir ki, o, Röyalın onlara bir çox şeyi qadağan etdiyini açıqlayıb. T.Əliyeva bildirib ki, Röyal mərhum aktrisanın əşyalarına toxunulmasına icazə vermir:

"Röyal evdə hər yeri bağlayıb. Deyir, Tünzalənin paltarlarına nə badə əl vurarsınız. Sənin əlin dəyən heç nəyə əl vurmağa qoymur. Deyir, Tünzalə necə qoyubsa, elə də qalsın. Şkafları aça bilmirik, deyir, əşyalarına, corablarına toxunmayın".

Qeyd edək ki, T.Əliyeva ötən gün uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib. Onun Zəhra adlı qız övladı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR