Bakıda sükan arxasında telefonla danışan avtobus sürücüsü qəza törətdi -

Bakıda 60 nömrəli avtobusun sürücüsü qəza törədib.

Metbuat.az xəbər verir ki, bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Şahidlərin dediyinə əsasən, sürücü telefonla danışdığı üçün avtobusu qarşıda hərəkət edən "Mercedes" markalı avtomobilə çırpıb.

Hadisə Əhmədli qəsəbəsi ərazisində qeydə alınıb.

Qəza zamanı sərnişinlərdən xəsarət alanların olduğu deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR