33 yaşında futbolla vidalaşan Beyl bu idman növünə keçdi

33 yaşında peşəkar futbol karyerasını dayandıran uelsli vinger Qaret Beyl qolf turnirinə qatılacaq.

Metbuat.az xəbər verir ki, bu barədə futbolçunun özü açıqlama verib. O bildirib ki, qolf oyunçusu olmaq üçün səy göstərir. Qaret Beylin sözlərinə görə, o, hələ futbol oynayarkən qolf ilə fəal şəkildə məşğul olub və vaxtını bu idman növünə sərf etdiyinə görə tənqid olunub.

Beyl “AT&T Pebble Beach Pro-Am” yarışının onun üçün ilk turnir olacağını ifadə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR