​"Rusiya müasir tarixdə heç vaxt belə şiddətli münaqişə ilə üzləşməyib"

Rusiya ordusu ölkənin müasir tarixində heç vaxt belə şiddətli münaqişə ilə üzləşməyib.

Metbuat.az xəbər verir ki, Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimov belə açıqlama verib. O bildirib ki, demək olar ki, bütün Qərb Rusiya ordusunun Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatda ona qarşı çıxıb. Vəziyyəti sabitləşdirmək, yeni bölgələri qorumaq və hücuma keçmək üçün qismən səfərbərlik həyata keçirdiklərini deyən Baş Qərargah rəisi, ikinci dünya müharibəsindən sonra belə həmlələrin olmadığını ifadə edib.

Gerasimov Rusiyanın təhlükəsizliyinin təmin edilməsi üçün lazımi həmlələrin ediləcəhini qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR