Ermənistan-Rusiya əlaqələrinə daha bir zərbə:

"Vaşinqtonun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında çərçivə sazişinin imzalanması mümkündür".

Bu fikirləri Metbuat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirdi ki, ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi üçün yeni sənəd hazırlanır. Bu sənəd Azərbaycanın beş təməl prinsiplərini özündə əks etdirməklə çərçivə sazişinin nəzərdə tutur.

"Çünki, Ermənistan tərəfi sülh müqaviləsinə imza atmağa tələsmir və ölkədə Konustitusiya referendumunu planlaşdırır. Vaşinqtonun normallaşma prosesində aktivliyi məhz Rusiyanı regiondan çıxarmaq və Cənubi Qafqazda möhkəmlənməkdir. Paralel olaraq Avropa İttifaqının mülki missiyasinı Ermənistana göndərildi. Bu, missiya prinsipcə Azərbaycan üçün ciddi problem deyil. Bu, Ermənistan Rusiya əlaqələrinin pozulmasına xidmət edir. Burada Fransanın pozuculuq fəaliyyəti mümkündür. Rəsmi Bakını narahat edən əsas məqam budur. Amma, rəsmi Bakı Vaşinqtonla birgə Fransanın pozuculugunun qarşısını almaga qadirdir".

M.Əsədullazadənin qənaətinə görə, Azərbaycanla Ermənistan arasında Vaşinqtonun vasitəçiliyi ilə çərçivə sazişi bağlanması gözlənilir. Belə bir saziş üçün liderlərin görüşü təşkil edilməsi mümkündür.

"Çərçivə sazişinin imzalanmasının nə qədər effektli olacağı da sual doğurur. Çünki, Ermənistan rəhbərliyi Azərbaycanın tələblərini konkret olaraq praktiki həyata keçirməlidir. Əgər, Ermənistan Qərbin ona verdiyi siyasi və təhlükəsizlik dəstəyindən Azərbaycana qarşı siyasi təzyiq kimi istifadə edəcəksə, yeni hərbi toqquşma qaçılmaz olacaq. Bu da N. Paşinyanın siyasi iflasına gətirib çıxara bilər".

Məhəmməd Əsədullazadə hesab edir ki, Qarabağda baş verənlər burada Azərbaycanın güc tətbiqini həyata keçirməsindən asılı olaraq dəyişə bilər.

"Bu istiqamətdə diplomatik danışıqlar mümkün deyil.Qarabağdakı ermənilər və burada yaranan problemlərin yolu alternativsiz güc tətbiqindən keçir. Çünki, R. Vardanyan qəti şəkildə "müstəqillik" sözünü dayanmadan təkrar edir. Bu da Kremlin birbaşa təlimatına əsaslanır".

Gülbəniz Hüseynli / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR