19 yaşında "ağızları açıq saxlayan" təklif aldı -

“Borrusiya Dortmund” istedadlı yarımmüdafiəçi Cud Bellingemə klub tarixində görünməmiş müqavilə təklif edib.

Metbuat.az “Bild” qəzetinə istinadən xəbər verir ki, klub 19 yaşlı futbolçusuna illik 15 milyon avro məvacib təklif edib. Bu isə klub tarixində rekord məvacibdir. 19 yaşlı futbolçunun təklifə necə cavab verdiyi məlum deyil. Bildirilir ki, futbolçuya Avropanın bir sıra klublarından da təklif var. “Real Madrid” oyunçu üçün 100 milyon avro təklif edib. “Borrusiya Dortmund” isə təklifi rədd edib. “İddialara görə, Avropa klubları arasında futbolçunu almaq üçün rəqabət var və bu təklif 130 milyon avroya qədər arta bilər. “Borrusiya Dortmund”un futbolçunu 150 milyon avroya satmaq istədiyi irəli sürülür.

Qeyd edək ki, Cud Bellingem gənc olmasına baxmayaraq hazırda ən yaxşı 5 oyunçudan biri kimi göstərilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR