"Qarabağ" yeni hücumçusunu bu qiymətə alıb

“Qarabağ”ın Redon Cicanın transferinə görə, Albaniya klubu “Tirana”ya ödədiyi məbləğ müəyyənləşib.

Metbuat.az“transfermarkt”a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi 25 yaşlı futbolçunu heyətinə qatmaq üçün yarım milyondan çox xərc çəkib.

İddiaya görə, Albaniya millisinin hücumçusunun transferi Ağdam klubuna 550 min avroya başa gəlib.

Qeyd edək ki, Redon Cica “Qarabağ”la 3,5 illik müqavilə imzalayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR