Britaniyalı mütəxəssislər azərbaycanlı hərbçilərə təlim keçirlər

Böyük Britaniyanın hərbi mütəxəssisləri Azərbaycana gəlib.

Bu barədə Metbuat.az-a Britaniyanın Bakıdakı səfirliyindən bildirilib.

Məlumata görə, mütəxəssislər iki həftə ərzində Azərbaycan Silahlı Qüvvələrinin seçilmiş zabitlərinə təlim keçəcəklər.

Təlim çərçivəsində ərazilərin minalardan təmizlənməsi ilə bağı təcrübə münadiləsi aparılır.

Məlumata görə, Böyük Britaniya Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirilən proqram çərçivəsində zabitlərə partlayıcı təhlükələrdən məlumatlılıq ilə bağlı bir çox sahələrdə nəzəri və praktiki təlimlər keçirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR