​Azərbaycan Kuba əlaqələri müzakirə olundu

Azərbaycan-Kuba parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elşad Mirbəşir oğlu Kuba Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri cənab Karlos Enrike Valdes de la Konsepsyonla görüşüb.

Metbuat.az xəbər verir ki, görüş zamanı Azərbaycanla Kuba arasında əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında müzakirə aparılıb. Azərbaycan və Kuba parlamentlərinin iki ölkə arasında əlaqələrin və əməkdaşlığın inkişafına yaxşı töhfə verə biləcəyi qeyd olunub. Milli Məclisin deputatı Elşad Mirbəşir oğlu qeyd edib ki, bir sıra sahələr üzrə ikitərəfli əlaqələrin genişləndirilməsi üçün yaxşı perspektivlər mövcuddur. Cənab Karlos Enrike Valdes de la Konsepsyon da öz növbəsində vurğulayıb ki, Azərbaycanla Kuba arasında səmimi dostluq münasibətləri mövcuddur, ölkələrimiz BMT və Qoşulmama Hərakatları çərçivəsində konstruktiv əməkdaşlıq edirlər və bir-birini dəstəkləyirlər. Görüş zamanı əsasən parlamentlərarası təmasların sıxlaşdırılmasının və əlaqələrin inkişaf etdirilməsinin vacibliyi vurğulandı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR