Azərbaycanlı deputat AŞPA-nın alt komitəsinin sədri seçilib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində qurumun sosial məsələlər, səhiyyə və dayanıqlı inkişaf komitəsinin uşaqlar üzrə alt komitəsinin iclası keçirilib.

Metbuat.az xəbər verir ki, iclasda AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva qurumun sosial məsələlər, səhiyyə və dayanıqlı inkişaf komitəsinin uşaqlar üzrə alt komitəsinin sədri seçilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR