İran rəsmiləri Azərbaycana qarşı nifrət püskürür -

"Bu xain basqın, ölüm və yaralılar bu təbliğatın və düşmənçiliyin nəticəsidir".

Metbuat.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Azərbaycanın İrandakı səfirliyinə edilən hücuma münasibət bildirərkən deyib:

"İranda səfirliyimizə xain hücum olub. Kim edib bilmirik. Amma, bir həqiqət isə aydındır. Neçə aylardır ki, İran rəsmiləri, İran televiziya və mətbuatı Azərbaycana qarşı nifrət püskürür, bizi İran cəmiyyətinə şeytan obrazında təqdim edirdi. O təbliğatla İran insanlarını Azərbaycana qarşı doldururdu. Basqın nəticəsində diplomatik nümayəndəliyin mühafizəçisi Orxan Əsgərov həlak olub, iki nəfər yaralanıb. Şəhidimizə Allahdan rəhmət diəyir, yaralılara isə şəfa arzulayıram", - deyə o qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR