Fransada etirazlar səngimir

Parisdə pensiya yaşının 64-ə çatdırılmasını nəzərdə tutan pensiya islahatının əleyhdarları məşəllərlə yürüş keçirib.

Metbuat.az xəbər verir ki, Parisdə həmkarlar ittifaqlarının çağırışı ilə keçirilən yürüşə qatılan etirazçılar müxtəlif şüarlar səsləndiriblər. Onlar həmkarlar ittifaqının bayraqlarını və “Təqaüdümüzü qoruyaq” yazılmış pankart daşıyıblar. Qambetta meydanından başlayan yürüş Respublika meydanında başa çatıb. Yürüşə “İnadkar Fransa” partiyasının siyasətçiləri də qoşulub.

Qeyd edək ki, Fransa hökuməti pensiya islahatı ilə pensiya yaşını 62-dən 64-ə artırmaq istəyir. Hökumətin məsələ ilə bağlı açıqlamasından sonra ölkədə müxtəlif nümayişlər və tətillər keçirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR