Səfirliyimizə hücum zamanı şəhid olan Orxan baş həkimin oğludur

Bu gün Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində həlak olan səfirliyin mühafizə xidmətinin rəisi, baş leytenant Orxan Əsgərov tanınmış həkimin övladı imiş.

Metbuat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, şəhid Orxan Əsgərovun atası Gəncə şəhər 1 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Rizvan Əsgərovdur.

Rizvan Əsgərov Qaynarinfo-ya açıqlamasında hazırda Gəncədən Bakıya gəldiyini bildirib: "Bu barədə çox danışmaq istəmirəm".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR