İsrailin döyüş təyyarələri Qəzzada silahlı qruplaşmaların düşərgələrini bombalayıb.
Metbuat.az xəbər verir ki, bu barədə İsrail tərəfi məlumat yayıb. Məlumata görə, əraziyə bir neçə hücum təşkil edilib. Fələstinin Səhiyyə Nazirliyi hücum zamanı ölənlərin olub-olmadığı barədə hələlik məlumat verməyib. Məlumata görə, şiddətli hücumdan sonra ətrafdakı tikililərə ziyan dəyib.
HƏMAS-ın silahlı qanadı “İzzəddin əl-Qəssam Briqası”ndan isə bildirilib ki, İsrailin hücumuna cavab verilib. İsrail ordusu Qəzzadan iki raket atıldığını və raketlərin zərərsizləşdirildiyini açıqlayıb.