Burak Yılmaz Hollandiyanı fəth etdi -

Hollandiya mətbuatı “Fortuna Sittard”ın “Heerenven”i 2-0 məğlub etdiyi oyundan sonra türk futbolçu Burak Yılmazı tərifləyib.

Metbuat.az xəbər verir ki, oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə uğurlu oyun nümayiş etdirən Burak Yılmazın klub üçün önəmli oyunçu olduğu qeyd edilib. Bildirilib ki, 37 yaşı olmasına baxmayaraq, Burak yüksək səviyyədə futbol oynayır. “De Telegraaf” qəzeti yazıb ki, 2 il əvvəl Hollandiya ilə oyun zamanı Türkiyənin heyətində 3 qol vuran Burak daha ölkədə nifrətlə xatırlanmır.

Qeyd edək ki, “Fortuna Sittard” “Heerenven”lə oyunun 58-ci dəqiqəsində Burakın məhsuldar ötürməsindən sonra hesabı açıb. 90+8-ci dəqiqədə isə Burak qələbə qolunu vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR