İsraildə atışma nəticəsində iki nəfər yaralanıb

İsrailin Qüdsün ən qədim yaşayış məskəni olan Davud şəhərində atışma olub.

Metbuat.az xəbər verir ki, “Jerusalem Post”un məlumatına görə, bunun terror aktı olduğu ehtimal edilir. Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Cinayətkar İsrail polisi tərəfindən zərərsizləşdirilib.

Qeyd edək ki, dünən Şərqi Qüdsdə sinaqoqun yaxınlığında baş vermiş terror aktı nəticəsində 7 nəfərin ölüb 3 nəfərin yaralanmışdı. Hadisəyə günahkar qismində 42 nəfər həbs edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR