Ötən il Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən 23 müqavilə hazırlanıb

Ötən il Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən 23 müqavilə hazırlanıb
13:33 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc
2014-cü il ərzində Azərbaycan Respublikası Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dövlət-sahibkar münasibətlərinin inkişafı, sahibkarların hüquqlarının müdafiəsi, əmək münasibətlərinin intensivləşməsi, ictimaiyyətlə əlaqələr və kargüzarlıq fəaliyyətinin günün tələbləri səviyyəsində təşkili istiqamətində bir sıra işlər görülüb.
Bu barədə Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev AzərTAc-a müsahibəsində deyib.
Konfederasiya prezidenti qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə anlaşma memorandumu, Mərkəzi Bank, Kənd Təsərrüfatı, Vergilər, Təhsil, Xarici İşlər nazirlikləri ilə müvafiq sənədlərin, müəyyən qismi hazırlanıb imzalanıb. Altı ədəd xidməti müqavilə hazırlanıb, həmçinin İngiltərənin “Ekonomik” jurnalı ilə müqavilənin hazırlanmasına köməklik göstərilib. Heydər Əliyev Fondu və Hüquqşünaslar Konfederasiyası ilə Azərbaycan Respublikası QKDK-nin təsərrüfathesablı ixtisasartırma kursları ilə memorandum sona çatdırılıb. Türkiyə Kənd Təsərrüfatı və Qida, Azərbaycan Mikromaliyyələşmə Assosiasiyası” (AMFA) arasında da əməkdaşlıq memorandumu hazırlanaraq sənədlərə imza atılıb. Ümumilikdə ötən dövr ərzində 23 müqavilə hazırlanıb, onların əksəriyyəti rəsmi qaydada imzalanıb.
M.Musayev vurğulayıb ki, il ərzində konfederasiyaya 553 məktub daxil olub, onlardan 93-ü əmək münasibətləri, hüquq, kadr, işlər və ictimaiyyətlə əlaqələr şöbəsinin icraatına verilib. Məktublardan 1-i şikayət xarakterli olub, baxılması üçün aidiyyəti üzrə orqanlara göndərilib. Bütün bu məktubların icrası vaxtında təmin edilib, hər hansı müddət pozğunluğuna yol verilməyib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR