Saakaşvili Gürcüstana qayıtmasına görə Rusiyadan şübhələnirdi -

Gürcüstanın keçmiş prezidenti, Ukrayna vətəndaşı Mixeil Saakaşvili Rusiyanı ittiham edib.

Metbuat.az xəbər verir ki, Bu barədə “Georgia-Online” portalı məlumat yayıb. Keçmiş prezident iddia edib ki, Rusiya onun Gürcüstana qayıtmasını təşkil edə bilərdi.

Saakaşvilinin sözlərinə görə, Moskva onun vətəninə qayıtmasını 2021-ci ilin oktyabrında təşkil etsə də daha sonra onu həbs etdilər.Qeyd edək ki, Saakaşvili vətənində sərhədi qanunsuz keçməkdə ittiham olunur. Bundan əlavə, 2018-ci ildə o, gürcü parlamentari Valeri Gelaşviliyə hücumla bağlı vəzifə səlahiyyətlərini aşdığına görə qiyabi olaraq altı il müddətinə azadlıqdan məhrum edilib. O, həmçinin ölkənin baş naziri Zurab Jvaniyanın ölümündə, dövlət vəsaitinin mənimsənilməsində və bəzi digər cinayətlərdə iştirakda şübhəli bilinirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR