Qara ayı vəhşi təbiət kamerasında 400 selfi çəkdi -

ABŞ-ın Kolorado ştatında qara ayı hərəkət detektoru kameraları qarşısında fasilələrlə poza verərək yüzlərlə "selfi" çəkib.

Metbuat.az BBC-yə istinadən xəbər verir ki, araşdırma nəticəsində məlum olub ki, quraşdırılan kameralardan birində 580 təsvirdən təxminən 400-ü eyni ayıya aid olub.

Koloradonun Bulder əyalətində yeləşən "Açıq Kosmos və Dağ Parkları"nın sözçüsü Filip Yeyts açıqlamasında ayının bu hərəkətlərinin onları da təəccübləndirdiyini qeyd edib.

"Bu şəkillər bizi güldürdü və düşündük ki, başqaları da güləcək", - sözçüsü Filip Yeyts bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR