Həyat yoldaşı Dani Alvesin xəyanət etdiyini öyrəndi, bağışlamadı -

Zorlama ittihamı ilə həbs edilən Braziliya millisinin futbolçusu Dani Alves daha bir ağır zərbə alıb.

Metbuat.az sportinfo.az-a istinadən xəbər verir ki, həyat yoldaşı Joana Sans ərinin xəyanətini bağışlamayıb.

O, futbolçunu əvvəlcə dəstəkləsə də, sonradan fikrini dəyişib. Buna səbəb məhkəmənin təqdim etdiyi sübutlardır.

Sans 2017-ci ilə evləndiyi Alveslə paylaşdığı fotolarını, hətta toy rəsmlərini belə “instaqram” səhifəsindən silib.

Alvesi zorlamada ittiham edən qız təzminat almaqdan imtina edib. Futbolçunu 4 ildən 12 ilə qədər həbs gözləyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR