“Qalatasaray”dan ardıcıl 10-cu qələbə:

Türkiyə Superliqasının 21-ci turunda səfərdə “Giresunspor”u 4:0 hesabı ilə məğlub edib.

Metbuat.az xəbər verir ki, bununla da “Qalatasaray” liqada ardıcıl 10-cu qələbəsini qazanıb. Bu nəticədən sonra “aslanlar” xalını 48-ə yüksəldib və liderliyini möhkəmlədib. Qələbə həsrəti ilə 5 matç keçirən “Giresunspor”un aktivində isə 21 xal var.

Superliqanın növbəti həftəsində “Giresunspor” səfərdə “Kasımpaşa” ilə qarşılaşacaq, “Qalatasaray” isə “Ümraniyespor”u qəbul edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR