Fransada 200-dən çox etiraz aksiyası keçiriləcək

Yanvarın 31-də Fransada pensiya islahatına qarşı 200-dən çox nümayiş keçiriləcək.

Metbuat.az xəbər verir ki, bu barədə bazar günü BFM telekanalı məlumat yayıb.

Məlumata görə, həmkarlar ittifaqları respublika sakinlərini islahatlara etiraz olaraq nümayişlərə çıxmağa və tətillər təşkil etməyə çağırmaqda davam edəcəklər.

Qeyd edək ki, bazar günü Fransanın baş naziri Elizabet Born France Info radiostansiyasına deyib ki, 2030-cu ilə qədər pensiya yaşının 62-dən 64-ə qaldırılması ilə bağlı güzəştə getmək niyyətində deyil.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR