Orxan Əsgərovun dəfn tarixi müəyyənləşdi

Azərbaycanın İrandakı səfirliyinə terror zamanı şəhid olan Orxan Əsgərovun dəfn tarixi müəyyənləşib.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Orxan Əsgərovun cənazəsi Bakıya gətiriləndən sonra Təzəpir məscidinə aparılacaq, daha sonra ailəsinə təhvil veriləcək.

Dəfn mərasimi yanvarın 30-da keçiriləcək.

Şəhidimiz II Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, şəhidin nəşini gətirən təyyarə artıq Bakıya yola düşüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR