Bu ərazilərdə su kəsildi -

Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Abşeron rayonunun Digah və Mehdiabad qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

Metbuat.az-a "Azərsu" ASC-dən bildirilib.

Məlumata görə, qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Qurum narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR