Erməni deputatlar Moskvaya niyə gedir?

Ermənistan parlamentinin deputatlarından ibarət nümayəndə heyəti Rusiyaya səfər edəcək.

Metbuat.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, səfər proqramı 3 günlük nəzərdə tutulub.

Bildirilib ki, Rusiya paytaxtında KTMT-yə üzv dövlətlərin parlamentlərinin xarici əlaqələr, müdafiə və milli təhlükəsizlik üzrə komitələrinin birgə toplantısı keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR