Ərdoğan dünyada ən çox rəğbət bəslənilən 2-ci liderdir -

Dünya üzrə liderlərin son 3 ayda sosial mediadakı fəaliyyətləri araşdırılaraq ən çox rəğbət bəslənən siyasətçilərin siyahısı hazırlanıb.

Metbuat.az xəbər verir ki, araşdırma İtaliyada “Digital” vəqfinin Rəqəmsal Müşahidə təşkilatı tərəfindən dünya üzrə 24 lider arasında aparılıb. Araşdırma nəticəsində məlum olub ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial mediada ən çox izlənilən ikinci dünya lideridir. Araşdırmaya görə, sosial mediada ən çox izlənən lider 66 milyondan çox izləyici ilə ABŞ prezidenti Co Bayden olub.

Prezident Rəcəb Tayyib Ərdoğan 40 milyondan çox izləyicisi ilə ikinci yeri tutub. Ukrayna prezidenti Vladimir Zelenski 27 milyon izləyici ilə üçüncü olub. Təhlillərə görə, Braziliya prezidenti Lula da Silva sosial mediada ən fəal 4-cü liderdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR