Azərbaycanda qəribə hadisə:

Azərbaycanda 85 yaşlı nənəyə sənəddə "kişi" yazılıb.

Metbuat.az xəbər verir ki, bu barədə ATV telekanalı sujet hazırlayıb. 85 yaşlı Bilqeyis ana 2005-ci ildə şəxsiyyət vəsiqəsini yeniləmək üçün İmişli rayonunun polis bölməsinə müraciət edib.

Şəxsiyyət vəsiqəsi hazır olanda o, maraqlı və gülməli hadisə ilə qarşılaşıb. Əhmədova Bilqeyis Cəmil qızı yazılması əvəzinə sənəddə "oğlu" yazılıb. Nənə bildirib ki, hara gedirsə, ona "bu arvad kişidir" deyə gülürlər. Nənə bildirir ki, ömür boyu heç qardaşı olmayıb. Bilqeyis nənənin oğlu bildirib ki, bu anasına illərdir ki, çətinlik yaradır. Banka pensiya üçün gedəndə və s. çətinlik yaşanır. Məsələnin həlli üçün doğum haqqında şəhadətnamə tələb edilir ki, ailə də bunu bəzi səbəblərdən tapa bilmir. Bildirilir ki, nənə yaşlı olduğundan övladı da ona verilmiş doğum haqqında şəhadətnamənin nə zaman, kim tərəfindən verildiyini bilmir.

Daha ətraflı süjetdə:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR