Xabi Alonso möcüzələr yaradır -

“Bayer Leverkuzen” klubuna baş məşqçi təyin olunan Xabi Alonso klubun uğursuz gedişatına son verib.

Metbuat.az xəbər verir ki, Alonsunun rəhbərliyi altında klub son 10 oyunda 19 xal toplayıb. Buna qədər isə Gerard Seoenanin rəhbərliyi altında klub 8 oyunda sadəcə 5 xal toplaya bilmişdi. Dünya çempionatından sonra 4 oyunun hamısında qələbə qazanan “Bayer Leverkuzen” çətin rəqib hesab olunan “Münhenqlabax”ı 3-2 hesabı ilə məğlub edərək uğurlu oyununu davam etdirib. Hazırda “Bayer Leverkuzen” 9-cu sırada qərarlaşıb. Xabi Alonsonun bu uğuru futbol mütəxəssisləri tərəfindən təqdir edilib.

Qeyd edək ki, xarici KİV-lər Karlo Ançelottidən sonra “Real Madrid”in baş məşqçi postuna ən iddialı namizədin Xabi Alonso olduğunu yazıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR